“Baş verən cərəyan məni çox çaşdırır. Gəncləri, gələcəyi düşünürəm. Çünki gələcəyimiz gənclərdir, dünyanı idarə edən insanlardır. Ona görə də gördüyüm hadisələrdəm, oxuduqlarımdan, rastlaşdıqlarımdan çox qorxuram”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “Pərvizə görə”də deyib.
O, cəmiyyətin problemləri ilə bağlı narahatlıqlarını dilə gətirib:
“Mənə elə gəlir ki, milli mentalitet və qeyrət sözü artıq simvolik olacaq. Sən Azərbaycan kişisi dedin, mütrifi demədin. Kişi heç öz ailə sirrini efirə çıxardar, efirdə danışar? Ailə məsələsini camaatın qarşısında ictimailəşdirməz. Özü də harada? Verilişlərdə”.