Əməkdar artist Vasif Məhərrəmli ilə həmkarı Əminə Şirin arasında efirdə müzakirə yaradacaq dialoq baş verib.
OLAY yazır ki, hadisə sənətçilərin qonaq olduğu “Günə bax” verilişində yaşanıb.
Məhərrəmli və Şirinin qarşısına proqramda toyuqla hazırlanan yemək gətirilib.
Əminə bildirib ki, o yalnız bitki mənşəli qidalardan istifadə edir:
“Bəli, mən ət yemirəm. Bitki mənşəli qidalar qəbul edirəm. Bir canlıya əziyyət vermədən də mədəmiz doyur. Müharibələrdə və ya dünyaya yayılan viruslar səbəbi ilə həlak olan insanlar bunları özlərinə haqsızlıq bilir. Həmin anda da heç nədən yaradılıb qurban verilən bir canlı da bunu özünə qarşı ədalətsizlik bilir. Onun o neqatividir ki, bu dəqiqə dünyanı basıb, fəlakətlər baş verir”.
Bu anda Vasif “Əminə xanım siz ateistsiniz?” sualını ünvanlayıb. Xanım ifaçı isə “Əstəğfürullah” sözü ilə həmkarının cavabını verib.