WOW
WOW

Castinin saçlarını keçəl qırxdırması müzakirə yaratdı

Castinin saçlarını keçəl qırxdırması müzakirə yaratdı

Dünya pop səhnəsinin ulduzu Castin Biber Nyu-Yorkda növbəti dəfə paparatsiyaların obyektivinə tuş gəlib.

OLAY yazır ki, onlar 30 yaşlı sənətçini yeni imicdə görüntüləməyə nail olublar.

Biber saçlarını qırxıb.

Keçəl halda ictimaiyyət arasına çıxan Castinin bu görünüşü sosial şəbəkə əhli tərəfindən birmənalı qarşılanmayıb.

İzləyicilər pop ulduzun çox yorğun göründüyünü və daha da çox arıqladığına bir daha diqqət çəkib. Pərəstişkarlarının fikrincə, Castin spirtli içkilərdən və qeyri-qanuni maddələrdən sui-istifadə edir, həm də qeyri-sabit psixi vəziyyətdədir.

 Bundan əlavə, izləyicilər hesab edir ki, Biber uşaqlıqda ona qarşı cinsi zorakılıq etdiyi iddia edilən zorlama və insan alverində ittiham olunan Pi Diddi ilə bağlı işdən narahat olduğu üçün özünü yaxşı hiss etmir.