WOW
WOW

“Mugham” milli parfüm brendinin Türkiyədə növbəti nailiyyətləri!

“Mugham” milli parfüm brendinin Türkiyədə növbəti nailiyyətləri!

Azərbaycanın qədim mədəniyyətindən, musiqi irsindən və ədıbiyyatından ilhamlanaraq yaradılan “Mugham” ətri yeni bir uğura imza atıb.

OLAY yazır ki, “Mugham” brendinin mətbuat katibi Rəvan Rədin açıqlamasına görə,  Brend Türkiyədə patent hüququ əldə edərək, beynəlxalq bazarda öz hüquqi müstəqilliyini və orijinallığını daha da möhkəmləndirdi. Bu nailiyyət həm Azərbaycanın qlobal miqyasda mədəni tanıtımı, həm də yerli istehsalın beynəlxalq səviyyədə rəqabətə davamlı olduğunu bir daha sübut edir. Mugham Perfume Fransada istehsal olunan, Azərbaycanın zəngin tarixini və milli kimliyini təcəssüm etdirən premium ətir markasıdır. Unikal kompozisiyalarında milli musiqimizdən ilhamlanan ətir notları, Azərbaycanın irsini beynəlxalq auditoriyaya tanıdır. Türkiyədə patentləşmə prosesi isə  brendin hüquqi mühafizəsini təmin etməklə yanaşı, yeni bazarlarda genişlənmək üçün də qapılar açır.

Patentləşmə ilə yanaşı, “Mugham” Parfüm Türkiyə mətbuatında da geniş yer aldı. Türkiyənin nüfuzlu və tanınmış media agentlikləri “ Sabah” “ Milliyet” “ Vatan” “ Marie Claire” Mugham brendi haqda öz buraxılışlarında müxtəlif məqalələrə yer verib.Ölkənin nüfuzlu qəzet və xəbər portalları Mugham-ı “Musiqi və ətrin ahəngi”  “Azadlığı hiss et” kimi təsvir edir. Məqalələrdə məhsulun yüksək keyfiyyəti, lüks Fransız istehsalı və hər flakonun milli musiqimizin, poeziyamızın və muğamın ruhunu daşıdığı xüsusi vurğulanıb.

Qeyd edək ki, “Mugham” Azərbaycandan ilhamlanan ilk fransız ətri olmaq ideyası ilə yaradılmışdır.   Brendin Ətir kolleksiyası Fransada məhdud sayda buraxılıb. 

Ətir Azərbaycandan olan yeganə niş ətirdir və qlobal niş ictimaiyyətinə təqdim edilən ilk Azərbaycan lüks ətir brendidir.

Belə ki, “Mugham” yalnız bir ətir deyil, milli dəyərlərin qlobal səviyyədə ifadəsidir.