WOW
WOW

Dilarə Əliyevadan qızı ilə paylaşım

Dilarə Əliyevadan qızı ilə paylaşım

Əməkdar artist Dilarə Əliyeva qızı Banu ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o, övladının doğum günü olduğunu bildirib:

“Canım qızım, doğum günündən bir gün ötür. Doğulduğun gün də, ondan sonrakı günlər də mənim üçün dəyərlidir. Çünki həyatımda sən varsan. Həyatıma işıq gətirən, mənim qürur mənbəyim olan sevimli balam, sənə dünyanın bütün xoşbəxtliyini, sağlamlığını və uğurlarını arzu edirəm. Banum, sənin gülüşün hər zaman mənim ürəyimi isitdi və həyatımın ən böyük sevinci oldu. Həyatın boyunca addım atdığın hər yolda uğur qazanasan, hər zaman xoşbəxt olasan və heç vaxt gülüşünü üzündən əskik etməyəsən. Mən səni sonsuz sevirəm və hər zaman sənin yanında olacağam”.