WOW
WOW

Tünzalənin Hollivud sayağı fotosessiyası

Tünzalənin Hollivud sayağı fotosessiyası

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə imicini dəyişib.

OLAY yazır ki, pop ulduz uzun sarı saçlarını dəyişərək, qısa qəhvəyi tonlarına keçib. Müğənni yeni imicində kamera qarşısına keçib. Estrada ulduzunun klassik Hollivud filmləri tərzində olan fotosessiyasını fotoqraf Anfisa Bessonova gerçəkləşdirib.

Əsrarəngiz görünən Xalq artistinin saçları üzərində məşhur stilist Fərid Bağırov çalışıb.

Ağayevanın fotosessiyasındaki stylingini stilist Şamxal Ramazanlı edib. Ağlara bürünən pop ulduzun geyimi “Jamaloff’s Couture” aiddir. 

Makiyaj və saç düzümü üzərində stilist Sabir Bağırov çalışıb.

Layihənin prodüseri isə Yalçın Cabbarovdur.

Xalq artisti Tünzalə Ağayeva imicinin belə tez dəyişməsini belə açıqlayıb: “Saç tərzimin belə tez dəyişməsini mənim sevənlərim istədi. Bir çox pərəstişkarım məni qısa və tünd rəngli sevib. Bu baxımdan hər zaman olduğu kimi Fərid Bağırov və onun komandasına dərin təşəkkürümü bildirirəm. Lalə və Romana da minnətdaram ki, növbəti dəfə uğurlu işə imza atdılar. Bu fotosessiyanın tərzi klassik Hollivud filmləridir. Bizim istəyimiz yeni imici məhz belə mükəmməl fotosessiya ilə tamaşaçılarımıza göstərmək idi. Qeyd edim ki, fotosessiyanın ideya müəllifi də şəxsi stilistim Şamxaldır”.

Sözügedən yeni fotosessiyanı təqdim edirik: