32 yaşlı kolumbiyalı müğənni Malumanın ikiinci övladı dünyaya gəlib.
OLAY yazır ki, Maluma bu xəbəri sevgilisi Susana Qomezlə birlikdə İnstaqram hesabında paylaşaraq açıqlayıb. Qara-ağ fotoda Maluma bir əlində yeni doğulan körpəni tutub, digər qolu ilə isə Qomezi qucaqlayıb və alnını onun alnına söykəyib.
“𝒪𝓇𝒾ó𝓃 ℒ𝑜𝓃𝒹𝑜ñ𝑜 𝒢ó𝓂𝑒𝓏. 🩵 𝟷𝟺/𝟶𝟿/𝟸𝟼”, — deyə cütlük fotonun açıqlamasında yazaraq bazar ertəsi oğullarının dünyaya gəldiyini bildirib.
Xatırladaq ki, Maluma və Qomezin artıq 2,5 yaşlı Paris adlı qızları var.