Xalq artisti Miri Yusif də Cem Yılmazın Bakı konsertində ondan danışmasına münasibət bildirib.

OLAY yazır ki, o, özü bu barədə açıqlama yayıb: “Cem Yılmaz dostum və sevdiyim komediya ustasıdır Bakı konsertində haqqımda danışmasına məmnun oldum, İnşallah növbəti konsertimdə bir yerdə olarıq”.

Qeyd edək ki, C. Yılmaz şouda M. Yusiflə bağlı bunları deyib:

“İlk dəfə 2019-cu ildə Bakıya gəldim. Azərbaycan türkcəsində yaxşı bilmirdim, amma məni bağrınıza basdınız. Sonra pandemiya düşdüyü üçün gələ bilmədim. Müğənni Miri Yusifin konsertinə gələcəkdim, gələ bilmədik. Amma o, Kuş adasına gəldi”.