WOW
WOW

Mehriban Əliyeva Türkiyəyə başsağlığı verdi

Mehriban Əliyeva Türkiyəyə başsağlığı verdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı paylaşım edib.

OLAY yazır ki, birinci xanımın paylaşımında qeyd olunub:

“Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”