Məşhur “Yeşilçam” aiktrisası Hülya Koçyiğit bir tədbirdə görüntülənib.
OLAY yazır ki, “Yeşilçam”ın ustad aktrisasına “Sizi sevənlər maraqlanır; ekranlara qayıdacaqsınız, sizi yenidən hansısa layihədə görə biləcəyik?” sualı verilib.
Koçyiğit “Bundan sonra aktrisa kimi fəaliyyət göstərməyi düşünmürəm. Düşünürəm ki, 200-ə yaxın film çəkmişəm, kifayətdir. Gözəl ssenarilər gəlir, amma mən bir qərar vermişəm və qərarımda israrlıyam” deyə cavab verib.
Hülya Koçyiğitə Kadir İnanırın mirası ilə bağlı müzakirələr xatırladılaraq “Siz vəsiyyətnamənizi hazırlamısınız?” sualı da ünvanlanıb. Aktrisa isə “Mənim vəsiyyətnaməm yoxdur” deyə cavab verib.