İnstaqramda “steakandbuttergal” ləqəbi məşhurlaşan İsabella adlı influenser 6 il ancaq ət və yağ yediyini açıqlayıb.
OLAY yazır ki, Amerikada yaşayan 28 yaşlı influenser ətin bədəninə inanılmaz təsir göstərdiyini deyib. Ən maraqlısı odur ki, o, ət pəhrizinə keçməzdən əvvəl vegeterian olub. Qızın sözlərinə görə, 6 ildir ki, bütün növ karbohidratlardan, meyvə və tərəvəzlərdən imtina etməklə və sadəcə ətlə kərə yağı yeməklə 25 kq çəki atıb, boyu isə uzanıb.
İnstaqramda 420.000 izləyicisi olan peşəkar musiqiçinin karnivor adlı mübahisəli rasionunun menstrual dövrünü tənzimlədiyini, ağrılarını azaltdığını, hətta depressiyanı aradan qaldırıb sızanaq, ekzema və sədəf kimi dəri problemlərinin də qarşısını aldığını ifadə edib.
Mütəxəssislər isə musiqiçinin fikirlərini birmənalı qarşılamayıb. Onlar insanları bu cür qidalanma tərzindən qaçmağı və ətin xərçəng riskini atdırdığını vurğulayıblar.