24-25 yanvarda Heydər Əliyev sarayında konsert verməyə hazırlaşan reper Orxan Zeynallı “Əks-Səda” adlı mahnısını təqdim edib.
OLAY yazır ki, eyniadlı konsert öncəsi fanatlarını sevindirən sənətçi gənc ifaçı Joseph Abbasla duet oxuyub. Mahnı hazırda yutub trendlərində 24-cü pillədədir.
Orxanla Joseph mahnı üçün Bəhruz Qurbanlının kamerası qarşısına da keçiblər. “Əks-Səda”nın sözləri Orxan Zeynallıya, musiqisi Yusif Abbasova məxsusdur.
Qeyd edək ki, Heydər Əliyev sarayında konsert vermək Zeynallının ən böyük istəklərindən biri olub. Orxan gecəyə son biletlərin qaldığını sosial media hesabında paylaşıb. O, konsertə qədər ikinci klipini də təqdim edəcəyini də bildirib.