Məşhur türk müğənni Simge İnstaqramda etdiyi paylaşım vasitəsilə sevimli ev heyvanını itirdiyini açıqlayıb.

OLAY yazır ki, pişiyi Cino ilə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşən müğənni kədərini bu sözlərlə ifadə edib:

“Cinomu itirdim... Çox üzgünəm. Nə yazsam, boşdur, nə etsəm, faydasızdır... Tamamilə darmadağın olmuşam. Divanın üstündə çarəsizcə ağlamaqdan başqa əlimdən heç nə gəlmir. Rahat yat, oğlum, səni çox sevirəm. Və bu, heç vaxt dəyişməyəcək.”

Simgeyə ağır itki