“İlin mahnısı” ilə bağlı qalmaqal get-gedə alovlanır.
OLAY yazır ki, ötən gün həmkarı NURAN-ın ad günü partisində qonaq olan müğənni Səidə Sultan söz atıb. O, İmadəddin Nəsiminin qəzəlinə oxuduğu “İstəmə”ni səsləndirməzdən öncə maraqlı çıxış edib. Səidə “Kimdir burada “best”? Nəsimidir “best”!” deyərək Hissə atmaca atıb.
Qeyd edək ki, 106.3 FM iki gün əvvəl xeyriyyə konsertində “İlin mahnısı” ünvanını Hissin “Best” mahnısına verilib. Səidə məsələyə etiraz edərək bu mahnının layiq olmadığını, ötən il daha uğurlu layihələrin olduğunu bildirib.