Xalq artisti Tünzalə Ağayeva illər əvvəl Əməkdar artist Vasif Məhərrəmli ilə viral olan videosundan danışıb.
OLAY yazır ki, sənətçi bu barədə ARB-də yayımlanan “Pərvizə görə” layihəsində açıqlama verib:
“O sözü dediyim üçün peşman olmamışdım, çünki niyyətim o deyildi. Vasif bizim sənət dostlarımızdan biridir, Allah ona can sağlığı versin. Heç özüm də bilmədən ona qara PR düzəltdim. O, gözləmədiyim anda əl uzatdı ki, mikrofonunu ver. Ay qardaşım, oxuyaram da, səbrli ol, gözlə. Əslində onun öz mikrofonu var idi, necə oldusa, Vasifə vergi verildi, ilhamlandı, əlimdən mikrofonu almaq istədi. Mən də cümləni uzun deməmək üçün qısaltdım. Demək istəyirdim ki, Vasif, sən bunu hələ oxumayacaqsan. Belə bir şey demək istəyirdim. Qısaltdım, alındı ki, Vasif sən oxuya bilmirsən. Dilarə oxuyub bitirmişdi, onun tempinin davamı gedirdi. Dilarənin mahnısını 3 dəfə təkrar etdirdim, improvizasiya idi. Çox sağ olsun, xahişimi yerinə yetirdi, 3 dəfə oxudu, onun davamında ifa edəndə o sözləri ora sığışdırdım”.