“İşte benim stilim”in iştirakçısı Ayşegül Eraslanın öldürüldüyü iddia olunub.

OLAY yazır ki, bu barədə həqiqət tibbi ekspertizanın rəyindən sonra məlum olub.

Belə ki, jurnalist Bilal Özcanın sözlərinə iki nəfər Ayşegülü ikimərtəbəli evindəki pilləkənlərdən itələyib. Boynunun qırılması nəticəsində ölən A. Eraslanın biləkləri sonradan kəsilib.

İddia olunur ki, cinayəti intihar kimi qələmə vermək üçün mərhumun adından məktub yazılıb və paylaşılıb.

Dostları məktubdakı əl yazısının da Ayşegülə aid olmadığını müəyyən edib.

Hadisə ilə bağlı istintaq davam edir.

İntihar etdiyi deyilən Ayşegül öldürülübmüş - İddia İntihar etdiyi deyilən Ayşegül öldürülübmüş - İddia