Böyük Britaniyada Analar günü qeyd olunub.

OLAY yazır ki, bu münasibətlə Şahzadə Uilyam sosial şəbəkələrdə vəfat etmiş anası ilə bağlı təsirli bir foto paylaşıb. Şahzadə Diana 1997-ci ildə Parisdə baş vermiş avtomobil qəzası nəticəsində həyatını itirmişdi. O zaman Uilyam 15 yaşında idi.

Foto geniş ictimaiyyətə əvvəllər məlum olmayıb. Şəkildə iki yaşlı Şahzadə Uilyam çiçəklərlə dolu bir sahədə anasının yanında dayanır. Şahzadə Diana oğlu ilə birlikdə ailə evinin yaxınlığında, Qlosterşir qraflığında poz verir.

"Bu gün və hər gün anamı xatırlayıram. Həmçinin bu gün sevdiklərini xatırlayan hər kəsi düşünürəm. Analar günü mübarək!" — deyə Şahzadə Uilyam yazıb.