Səbail rayonunda olan Əl Oyunları Sarayında keçirilən basketbol yarışında 10 min manat pul itirilib.
Bu barədə OLAY-a Daxili İşlər Nazirliyindən məlumat verilib:
“Bu dəqiqələrdə Səbail rayonunda olan Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıblar. Xahiş edirik pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər”.
****
Bu gün Əl Oyunları Sarayında itirilən 10 min manatın sahibi tapılıb.
OLAY yazır ki, 10000 manat itirən vətəndaş məlumatı mətbuatda oxuduqdan sonra polis əməkdaşlarına idman arenasında yaxınlaşıb. Həmin vəsait tam həcmdə aktlaşdırılaraq Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən sahibinə qaytarılıb.
Həmin pul vəsaiti bir neçə şəxsin əməkhaqqı məvacibi olub