Əməkdar artist Mehriban Xanlarova jurnalist Zəhra Əhmədovanı məhkəməyə verəcəyini deyib.
OLAY yazır ki, bu barədə Z. Əhmədova Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində danışıb. O bildirib ki, buna səbəb onun axsam.az saytında M. Xanlarovanın imtina etdiyi qızının açıqlamasını yayımlaması olub:
“Mehriban xanım bilmirəm məni məhkəməyə verib. Amma verir. Hələ kağız gəlməyib. Mehriban xanımın açıqlaması işıqlandırıldı. Jurnalistikada belə bir qayda var ki, qarşı tərəf də danışmalıdır. Xanım danışmaq istədi, mən də açıqlamasını yayımladım. Çox absurd danışır. Deyir ki, gərək o yazı mənimlə dəqiqləşdirilərdi, sizə açıqlama verməmişəm onu niyə yazmısınız, orada şərəf və ləyaqətim təhqir olunub. Halbuki orada elə bir şey yox idi. Mən də dedim haqqınız varsa, buyurun, məhkəməyə verin. Yazsaydım, çox şey var idi, amma etik çərçivədə yazmışdım”.