Rejissor Co Karnahanın “Not Without Hope” (“Ümidsiz Olmadan”) adlı dramatik triller filminin açılış səhnəsində dahi Azərbaycan şairi Nizami Gəncəvidən sitat verilib.
OLAY yazır ki, ekranda ingilis dilində bu sözlər yazılıb.
“Çətinlik anında ümidsiz olmayın, çünki büllur yağış qara buludlardan yağır”.
Lakin sitatın sonunda şairin adı Nizami yox, “İzami” kimi qeyd olunub.