"Kızılcık Şerbeti" serialının baş rolu Doğukan Güngörün adı son günlərdə məşhurlara yönəlik aparılan uyuşdurucu istintaqı ilə gündəmə gəlib.
OLAY yazır ki, “Sabah” qəzetinin xəbərinə görə, aktyorun istintaq çərçivəsində verdiyi ifadə üzə çıxıb. İfadəsində aktyor bunları deyib:
“Uyuşdurucu maddə istifadə etdiyimi qəbul edirəm. Buna görə, peşmanam. Bir daha əsla narkotik maddə istifadə etməyəcəyəm. Xaricdə bu maddənin sərbəst olduğunu bilirdim. Bildirmək istəyirəm ki, heç kimə uyuşdurucu verməmişəm, heç bir narkotik partisinə qatılmamışam”.
Güngör, daha öncə Çağlayan Ədliyyəsində ifadə verdikdən sonra sərbəst buraxılmışdı.