WOW
WOW

Fatimə Nazirə müraciət etdi

Fatimə Nazirə müraciət etdi

Rəqqasə Fatimə Fətəliyeva Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edib.

OLAY yazır ki, bu barədə instaqramda post paylaşıb:

“Hörmətli cənab nazir Vilayət Eyvazov, son vaxtlar sosial şəbəkələrdə mənim və digər tanınmış şəxslərin adından istifadə edilərək insanları aldatmağa cəhd edən şəxslərin artdığı müşahidə olunur. Bu, təkcə mənim deyil, bir çox şəxsin adının və nüfuzunun qanunsuz şəkildə istifadə olunmasına səbəb olur və eyni zamanda insanları maddi və mənəvi zərərə uğradır. Bu vəziyyətin qarşısını almaq və günahkarların qanun qarşısında cavab verməsi üçün sizdən xahiş edirəm ki, bu məsələ ilə bağlı aidiyyəti tədbirlər görülsün. Belə hallar vətəndaşlar arasında inamsızlıq yaradır və həmçinin cəmiyyətə mənfi təsir göstərir”.