“Təyyarəmizin vurulması şimal qonşumuza olan etibarəmızın göydən yerə düşməsidir”.
OLAY yazır ki, bu sözləri instaqramda paylaşdığı videoda Əməkdar artist Dilarə Əliyeva deyib. Sənətçi AZAL-ın təyyarəsinin Rusiya tərəfindən vurulmasından danışıb:
“Yerə enməyə icazə verilməyən pilotlarımızın sözü yerə düşsə də, özləri əbədi göyə ucaldılar və qəhrəmancasına. Can daşıyan qəhrəmanlar onlarla sağ canı bizə, öz canlarını isə Allaha tapşırdılar. Hökümənin səsi isə heç vaxt qulağımızdan getməyəcək. Biz sizi həmişə yad edəcəyik. Bunu yad etsəydi, dərd yarıydı. Bunu qonşu etdi axı... Ölənlərə rəhmət, qalanlara şəfa, qonşumuza isə vicdan arzulayırıq”.