Qazaxıstanın Aktau, Kurık və Bautino limanlarında təyyarə qəzasında həlak olanların xatirəsinə Xəzərə çələnglər buraxılıb.
OLAY yazır ki, bu barədə “Orda.kz” məlumat yayıb.
Təşəbbüs hadisə zamanı həlak olanların ailələrinə ehtiram məqsədilə irəli sürülüb. Dənizçilər və mərasim iştirakçıları bu faciənin hamı üçün ortaq ağrı olduğunu vurğulayıblar:
“Bu jest dəhşətli hava qəzasında həlak olanların hamısına hörmət və kədərimizi ifadə edir. Bu, son illərin ən faciəli hadisələrindən biridir. Mərhumların yaxınlarının hisslərini anlayırıq, biz sizinləyik. Kədərinizə şərikik”, - deyə aksiya iştirakçıları qeyd ediblər.