Bildirilir ki, təyyarədə olanların 37-si azərbaycanlı, 16-sı rus, 6 qazax, 3 qırğız vətəndaşı var.
OLAY yazır ki, bu barədə "Tengry News" məlumat yayıb.
***
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
OLAY “APA-Economics”in Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Aktauda qəzaya uğrayan təyyarədə 14 nəfər sağ qalıb.
Məlumata görə, 14 yaralı Manqistau regional xəstəxanasına çatdırılıb, onlardan 5-i ağır vəziyyətdədir.
***
AZAL-ın Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsində olanlardan 6 nəfəri sağdır.
OLAY yazır ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, təyyarədə olan 72 nəfərdən 6-sı sağ qalıb. Onlar xəstəxanaya çatdırılıb.
Vəziyyətlərinin ağır olduğu bildirilir.
Qeyd edək ki, AzAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.
****
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
APA-nın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, qəzaya uğrayanlardan 10 nəfər Aktau çoxprofilli xəstəxanasına yerləşdirilib.
Qeyd olunub ki, təyyarə qəzasında sağ qalanların sayı 12 nəfər ola bilər.
****
Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 27 nəfər xəstəxanaya yerləşdirilib.
OLAY yazır ki, bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.
Xəsarət alanlardan 3-ü uşaqdır.