Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsində olan həmyerlilərimizdən biri də Qoşqar Furudin oğlu Sadıqovdur.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, 1997-ci il təvəllüdlü, Cəlilabad rayonu Mirzəli kənd sakini olan Qoşqar Sadıqov ailənin yeganə oğul övladıdır, subaydır.
Elektrik olan Qoşqar Qroznıda çalışan əmisinin yanında tikintidə işləməyə gedirmiş.
Hələ ki onun taleyi ilə bağlı dəqiq məlumat yoxdur. Belə ki, ötən gün Qoşqarın ailəsindən DNT analizi götürülüb.