Xəbər verdiyimiz kimi, bu gün AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsi Aktau hava limanına eniş edərkən qəzaya düşüb.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, qəza baş verən ərazidə ilkin olaraq 4 nəfərin cəsədi tapılıb.
Qeyd edək ki, qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumatlara əsasən, 28 nəfərin sağ qaldığı bildirilir.