WOW
WOW

Göyərtədə 67 nəfər olub! - YENİLƏNİR

Göyərtədə 67 nəfər olub! - YENİLƏNİR

Bakıdan Rusiyanın Qroznı şəhərinə uçan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb.

OLAY yazır ki, bu barədə informasiyanı “Tengri Travel” yayıb.

KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.

***
11.44:

Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

OLAY yazır ki, bu barədə AZAL məlumat yayıb.

Qeyd edilib ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.