WOW
WOW

TƏBİB sədri diplomsuz plastik cərrahlardan danışdı

TƏBİB sədri diplomsuz plastik cərrahlardan danışdı

“Həkimlərin ixtisas, sertifikasiya dərəcələri və əvvəlki əmək fəaliyyətinə fikir veririk. TƏBİB tabeli tibb müəssisələrində çalışan plastik cərrahlar qanunvericilik qaydaları ilə işə götürülür”.

OLAY yazır ki, bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib. 

O, diplomsuz plastik cərrahlarla bağlı məsələyə aydınlıq gətirib:

“Plastik əməliyyatlar icbari tibbi sığorta təminatına daxil deyil. Bu prosedurlar ödənişli qaydada həyata keçirilə bilər. Bizim işə götürdüyümüz cərrahlar Azərbaycan qanunvericiliyinə uyğun işə götürülən plastik cərrahlardır. Ancaq TƏBİB tabeli xəstəxanalarla bağlı suallara cavab verə bilərəm. TƏBİB tabeli xəstəxanalarda baş verən bütün ölüm halları ciddi şəkildə araşdırılır. Bununla bağlı TƏBİB tabeliyində ölüm komissiyası fəaliyyət göstərir”.