Rusiyanın məşhur estrada ulduzu Ani Lorak dünyaca məşhur dizayner və modelyer, “Afffair” brendinin təsisçisi Rüfət İsmayılla bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi sənətçi qatıldığı məclislərin birinə Rüfətin sözügedən markanın “resort/24” kolleksiyasında yer alan qara, sinə hissəsi gümüşü işləməli topuğa qədər uzanan libas geyinib.
Lorak həmin libasda çəkdirdiyi görüntüləri instaqram səhifəsində yayımlayaraq ecazkar libasa görə Rüfət İsmayıla təşəkkürünü bildirib.
Diqqət çəkən məqam isə Aninin paylaşdığı kadrlarda sevgilisi, ispaniyalı yoqa təlimçisi İsaak Vijrakan olması olub.