Ukraynanın Xalq artisti Rusiyanın estrada ulduzu Ani Lorak sevgilisi, ispaniyalı yoqa təlimçisi İsaak Vijraka ərə gedir.
OLAY yazır ki, İsaak 46 yaşı tamam olan Aniyə doğum günündə evlilik təklifi edib.
Beləki restoranların birində əlində brilliant üzüklə Lorakın qarşısında diz çökən Vijrak ona ərə getmək təklifini edib.
Sevinc hisslərinə bir anlıq qapılan Ani İsaaka “Hə” deyib və onlar öpüşüblər.
Həmin xoşbətx dolu anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən yoqa təlimçisi “Bəzi hədiyyələr əbədidir. Doğum günün mübarək sevgilim” şərhini yazıb.
Qeyd edək ki, Ani Lorak İsaakla münasibət qurmazdan əvvəl türkiyəli iş adamı Murat Nalçacıoğlu ilə evli olub. Onların Sofiya adlı 13 yaşlı qızı var. 2019-cu ildə cütlük boşandıqlarını açıqlayıblar.