Aparıcı Mətanət Əliverdiyevanın adından dələduzluq edilib.
OLAY yazır ki, bu haqda aparıcı instaqram səhifəsində məlumat yayıb.
Əliverdiyeva bildirib ki, naməlum şəxs onun dostlarına “whats`app” mesajlaşma platforması vasitəsi ilə yazaraq pul istəyir.
“Mənim adımdan kimsə pul yığır. Vatsap və instaqramdan yazırlar, heç kim inanmasın” sözlərini yazıb.
Mətanət həmin şəxsin mobil nömrəsini də izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, daha əvvəl rəqqasə Rəna Ağamuradova (Renka), dicey Roşka və aktrisa Pərvin Abıyevanın eyni hal ilə qarşılaşıb.