WOW
WOW

Ağadadaş Ağayevlə dava edən mühafizəçinin həbsi tələb olunur

Ağadadaş Ağayevlə dava edən mühafizəçinin həbsi tələb olunur

Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda təqsirləndirilən “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilov barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

OLAY yazır ki, Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmiş Ağadadaş Ağayevin nümayəndəsi, vəkil Asim Abbasov vəsatətlə çıxış edərək təqsirləndirilən Nurəddin Cəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib:


“Nurəddin Cəlilov əvvəllər də məhkumluq həyatı yaşayıb və hazırda məhkumluğu ödənilməyib. İş üzrə olan şahidlərlə eyni müəssisədə çalışır və onlara təsir qüvvəsi var”.

Məhkəmə müşavirəyə gedərək vəsatəti təmin etməyib. İş üzrə məhkəmə baxışı dekabrın 25-nə təyin edilib.