“Arka Sokaklar”ın Mesutu Şevket Çoruh viral olan “yaraq” səhnəsi ilə bağlı danışıb.
OLAY yazır ki, “Kafa” TV-də qonaq olan sənətçi həmin səhnədəki cinayətkar obrazının azərbaycanlı olduğunu deyib:
“Səhv etmirəmsə, burda Azərbaycandan gələn bir cinayətkar idi. Azərbaycanda da silaha “yaraq” deyildiyi üçün belə bir dialoq yarandı. O da silahı göstərib bunu ye deyir, mən də yeyərik deyirəm. Çox danışılan bir səhnədir”.