Azərbaycan səhnəsinin parlaq ulduzlarından olan Sevda Yahyayeva 17 oktyabrda Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konserti öncəsi yeni layihəsini təqdim edir. Sənətçinin yeni mahnısı və klipi “Kukla kimi” adlanır.
OLAY yazır ki, fərqli və qeyri-adi dünyanı təqdim edən “Kukla kimi” yüksək büdcəsi ilə seçilən bahalı klipdir. Müasir texnologiyaların imkanlarından istifadə olunan ekran işi Sevda Yahyayevanı tamaşaçıya tam fərqli obrazda göstərir.
Mahnının söz və musiqisi Abbas İsmayılov və Asoundady-yə, prodüserliyi isə Hüseyn İbrahimzadə (Dex)-ə məxsusdur.
S. Yahyayeva yeni layihəsi ilə bağlı deyib: “Bu dəfə sizi bir az fərqli, bir az qeyri-adi bir dünyaya aparıram. Mahnıya kifayyət qədər büdcə ilə yanaşı böyük sevgi də qoyulub. Ümid edirəm ki, “Kukla” məni sevənlərin ürəyincə olacaq”.