“Liatris Holding”in rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyeva rəfiqəsi, Türkiyənin məşhur müğənnisi Sibel Canla yenidən bir araya gəlib.
OLAY yazır ki, R. Əliyeva bununla bağlı instaqram səhifəsində paylaşım edib.
Bakıya gələn Sibel R. Əliyeva ilə görüşüb. İş xanımı müğənni ilə çəkdirdiyi fotonu izləyiciləri ilə bölüşüb.
R. Əliyeva sözügedən şəkilə “Mənim canım, gözəlim, böyük sənətkar Sibel Can gəldi. Yenə kölnümüzü xoş edəcək” şərhini yazıb.
Qeyd edək ki, Sibel Can dekabrın 8-də “Anadolu Events”in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq.