WOW
WOW

“Hamilə olarkən Doğuş mənə bir fincan çay verməyib - Xoşqədəm

“Hamilə olarkən Doğuş mənə bir fincan çay verməyib - Xoşqədəm

“Xəstə idim. Əkiz uşaqların dünyaya gəlişi çox ağırdır. Həyat yoldaşım Doğuş hamilə vaxtı, o ağır zamanlarda bir fincan çay belə mənə verməyib. Mən səndən niyə bunu istəməli idim ki?”

OLAY yazır ki, bu sözləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” ictimai-sosial verilişində deyib.

İllər əvvəl yaşadığı çətin anlarını proqramda bölüşən televiziya ulduzu bildirib ki, bu vəziyyətində Doğuş onu tək buraxmayıb:  

“Mən Almaniyada ağır xəstə olarkən gözümü açanda baxıb gördüm ki, Doğuş dua edir ki, mənim canımı al, amma Xoşqədəmi öz övladlarına bağışla, çünki o, çox gözəl anadır. Mən Doğuş uşaqlarıma Xoşqədəmsiz atalıq edə bilmərəm. Qulağım ilk bunu eşitdi. Gözlərim dolmuşdu”.

Qeyd edək ki, Xoşqədəm və Doğuş cütlüyünün Arda və Arın adlı əkiz oğlan övladı var.