Əməkdar artist Dilarə Əliyeva İstanbulda səhnə alıb.
OLAY yazır ki, aktrisa “Mintonasiya” stəndap şousu ilə “Moi sahne”də çıxış edib. Maraqla qarşılanan konserti izləməyə gələnlər sırasında Əməkdar incəsənət xadimi Məlahət Abbasova və müğənni İradə İbrahimova da olub.
İ. İbrahimova konsertlə bağlı təəssüratlarını D. Əliyevanın səhifəsində qeyd edib:
“Çox gözəl ve unudulmaz bir gecəydir. Böyük zövq aldıq. Həm güldürdünüz, həm də kövrəltdiniz. Hər ikisi də çox gözəl idi. Sizi sevirəm”.
M. Abbasova isə bu sözləri yazıb:
“Çok böyük keyiflə izlədim. Günün bütün çəkim yorğunluğumu unutdum. Üreyinə sağlıq, canım mənim”.