“Bir sənət adamı var idi. O 10-15 il ərzində efirlərə çıxıb ağzına gələni, biləni – bilməyəni, şər-böhtan, efirdə söyüşə qədər söydü. Ona dillənmədim. Onu Allahın məhkəməsinə buraxdım. Allah da onu çürüdüb, öldürdü. O elə bildi ki, mən ondan qorxdum. Onun nə ölüsünə, nə də ki, qəbrinə getdim”.
OLAY yazır ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “Bir gün” verilişində deyib.
Sənətçi ad çəkməsə də bir zamanlar düşmən olduğu mərhum Əməkdar artist Zöhrə Abdullayeva ilə aralarında yaşanan qalmaqaldan danışıb:
“Bir müğənni var idi. O mənim canıma düşmən kəsilmişdi. Mən onu illərlə dindirmədim. Əməkdar artist Nüşabə Ələsgərli dedi ki, o müğənninin vəziyyəti yaxşı deyil, onu dindir. Onun xahişinə əməl etdim və onu dindirdim. Mən onun bir sözü ilə həmin müğənni ilə danışdım. Mən böyük – kiçik yeri bilən insanam. Mən özüm 98 benzinəm, heç kimdən qorxmuram”.
Xatırladaq ki, Zöhrə Abdullayeva və Mətanət Əsədova arasındakı qalmaqal 2012-ci ildə yaşanıb. M.Əsədova həmkarının ünvanına “Bir adam ki 63 yaşında Əməkdar artist adını alıb, o, mənim tayım deyil. Onun başı çatmır. O, mənimlə barışmaq üçün cəhdlər edir” sözlərini demişdi.
Əsədovanın ittihamlarına əməkdar artist Z.Abdullayevada susmamışdı:
“O, mənim haqqımda bir də hər hansı fikir söyləsə, açaram sandığı, tökərəm pambığı. Mən onun haqqında hər şeyi bilirəm. Mənim oğlum, nəvəm hər şeyim var. Çəkinəcək yerim var. O nədən çəkinəcək? Onun çəkinəcək yeri yoxdur. Məsləhətim budur ki, artıq danışmasın”, - deyə, Abdullayeva vurğulamışdı.
Qeyd edək ki, Z.Abdullayeva 68 yaşında 2021-ci ildə sklerodermiya xəstəliyi səbəbi ilə vəfat edib.