Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlar Azərbaycanda səfərdə olan “Barselona” klubunun prezidenti Xuan Laporta ilə bir araya gəliblər.
OLAY yazır ki, bununla bağlı Əli Ağalarov instaqram səhifəsində paylaşım edib.
Əli və Mikayıl bu anları xatirəyə çevirmək üçün X. Laporta ilə foto çəkdiriblər.
Həmin şəkili isə izləyiciləri ilə bölüşən Əli “Azərbaycana xoş gəlmişsiniz Xuan Laporta” qısa şərhini yazıb.