WOW
WOW

Prezidentin nəvələri Mesut Özil ilə bir arada

Prezidentin nəvələri Mesut Özil ilə bir arada

Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarov Azərbaycanda səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Mesut Özil ilə bir araya gəliblər.

OLAY yazır ki, bununla bağlı onlar instaqram səhifələrində diqqət çəkən paylaşım ediblər.

Əli və Mikayıl “Zirə”nin qonağı olan 35 yaşlı Mesutla çəkdirdikləri fotonu izləyiləri ilə bölüşüblər. 

Qeyd edək ki, Məsut Özil karyerası ərzində “Real”la yanaşı, İngiltərənin “Arsenal” və Türkiyənin “Fənərbaxça” komandalarının da formasını geyinib. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.