“Barselona” klubunun prezidenti Xuan Laporta Bakıya gəlib.
OLAY yazır ki, X.Laporta, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə ölkəmizə səfər edib.
Klubun prezidentini rəsmi şəxslər, media nümayyəndələri ilə bərabər məşhur iş adamı Adnan Əhmədzadə qarşılayıb.
X.Laporta A.Əhmədzadə ilə birlikdə bir sıra görüşlərdə iştirak ediblər.
Onlar axşam saatlarında paytaxtın “8 Noyabr” prospektində inşa olunan “Zəfər parkı”na baş çəkiblər.
Həmin anları isə Adnan Əhmədzadə instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.