Müğənni Xatun instaqram səhifəsini qaytarıb.
OLAY yazır ki, oğurlanan hesabını bərpa edən ifaçı bunları yazıb:
“İnstaqram ən sevdiyim platformadır. İllərlə əziyyətlə, böyük sevgi ilə bu səhifəni yaratdım, əlbəttə ki, məni sevib maraqla izləyənlərin sayəsində. Son günlər fəal iştirakıma xələl gətirmək istəyənlərin arzuları ürəklərində qaldı. İlahi ədalətə təşəkkür edirəm”.