WOW
WOW

“Bir gün biz də olmayacağıq” - Xatirə efirdə kövrəldi

“Bir gün biz də olmayacağıq” - Xatirə efirdə kövrəldi

Müğənni Xatirə İslam efirdə kövrəlib.

OLAY yazır ki, “Xəzər axşamı” verilişində qonaq olan sənətçi müəllimi İslam Rzayevin videosunu görüb və təsirlənib. 

“Bu cür sənətkarlarımız var idi, 10-15 il əvvəl. Biz də varıydıq, indi fikir verirəm ki, onlar yoxdur. Vaxt gələcək biz də olmayacağıq. Ona görə kövrəldim. Hamı bir-biri ilə mehriban olsun. Bu dünyada qonağıq. Adi nəyinsə üstündə filan mahnı belə oldu, paltar belə oldu və sairə... Görürsünüz ki, yaxın keçmişdir və yoxdular. Yaşar Nuri rəhmətə getməzdən əvvəl həmişə bir yerdə otururdu. Mən onda Məhəbbət Kazımovun qız oxuyanı idim. Həmişə yığışırdılar. İndi ikisi də yoxdur... (kövrəlir) Yaşar müəllim hər axşam gəlirdi bir bağa. Mən də Məhəbbət müəllimin yanında olurdum. Vaxt gələcək biz də bu həyatda olmayacağıq, balaca uşaqlar böyüyüb oxuyacaqlar. Ona görə də istəyirəm ki, davaları yaddan çıxardaq, dalaşanda da əl yeri qoyaq. Demək istəyirəm ki, davalara, söz söhbətlərə dəyməz”, - deyə, bildirib.