İncəsənət
İncəsənət

Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri arasında görüş keçirilib

Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri arasında görüş keçirilib

İyulun 1-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov arasında ikitərəfli görüş keçirilib.

OLAY yazır ki, nazir Adil Kərimli özbəkistanlı həmkarını səmimiyyətlə salamlayaraq Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi köklərə əsaslandığını qeyd edib. O, hazırda iki ölkə arasında mədəni əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və bu istiqamətdə əməkdaşlığın genişlənməkdə olduğunu vurğulayıb.

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, ölkələrimiz arasında mədəni əməkdaşlığın hər gün yeni məzmun qazandığını, münasibətlərin davamlı şəkildə dərinləşdiyini qeyd edib.

Görüş çərçivəsində tərəflər mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivləri, qarşılıqlı layihələr və təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.Həbsdə olan aparıcı Azər Zahid ev dustaqlığına buraxılıb.

OLAY oxu.az-a istinadən yazır ki, bu haqda onun vəkili Yusif Seyfəlov deyib. O bildirib ki, Nərimanov Rayon Məhkəməsində Azər Zahidin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib və A.Zahid məhkəmə zalından ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Azər Zahid ötən ilin dekabrında saxlanılıb. Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülmüşdü.