WOW
WOW

“Məsuliyyəti Günay daşıyır” - Mahnı qalmaqalı davam edir

“Məsuliyyəti Günay daşıyır” - Mahnı qalmaqalı davam edir

Müğənni Günay İbrahimli ilə bəstəkar Pərviz Mahmudovun mahnı qalmaqalı davam edir.

OLAY yazır ki, bu barədə Pərviz “Xəzər axşamı” verilişində danışıb. O bildirib ki, “Dəlisiyəm gecənin” mahnısı ondan icazə alınmadan reklamda istifadə olunduğu üçün şirkəti məhkəməyə verib:

 ““Dəlisiyəm gecənin” mahnısı bir reklamda səsləndirilmişdi. Xəstəlik dönəmimdə kənara çəkilmişdim. Mənə müraciət etdilər ki, dostlarımızın layihəsidir. Mən də cavab verdim ki, mənim dostum deyil. Bir çox mahnılarım var ki, reklamda istifadə ediblər. Röya Ayxan üçün bəstələdiyim mahnı var idi ki, şirkət birinci məndən icazə aldı. Hətta Röya da demişdi ki, Pərviz icazə verməlidir. Amma “Dəlisiyəm gecənin” adlı mahnımda mənə yalan danışıldı. Dedilər ki, heç bir qonorar əldə etməmişik. Lakin bizə məhkəmənin kağızı gəldi, gördük ki, məbləğ ödənilib. Hətta mənim adımdan belə məsuliyyəti öz üzərlərinə götürüblər. İşimiz artıq apelyasiya məhkəməsindədir. Apelyasiya şikayəti üçün müraciət etmişəm. İcazəsiz mahnımdan istifadə edən şirkəti məhkəməyə vermişdik. Onlar bizə sənəd göstərdilər ki, Günay İbrahimli ilə müqavilə bağlayıblar və məsuliyyəti o daşıyır. Şikayət geri çəkilməyəcək. Məhkəmə tam bitdikdən sonra açıqlama verəcəyəm. Nə qədər təzminat lazımdırsa, tələb etmişəm. Başqa məqamlar da var. Mənə müraciət etsəydilər, məsələ bura çatmazdı. Məhkəmə dekabrın 4-də olacaq. Mənim etirazım olan kimi televiziyada həmin reklamı da dayandırdılar”.