Musiqi
Musiqi

PRoMetedən “Yaradan”!

PRoMetedən  “Yaradan”!

Rep ifaçısı PRoMete (Pərviz İsaqov) növbəti treki olan “Yaradan”ı təqdim edib.

OLAY yazır ki, ifanın söz və musiqisi sənətçinin özünə, arajimanı isə Emin Kərimə məxsusdur.

Sənətçi bildirib ki, mahnı hər nə qədər yeni səslənsə də, əslində ən azı 10 il əvvəl yazılıb:

“Suallar burulğanının gücləndiyi gecələrdən birində yazmışam. O illərdə “Circum Punct” adlı albom yazırdım. Yarımçıq dayandırdım. Bu parça da həmin albom üçün nəzərdə tutulmuşdu.

Daha sonra, 2017-ci ilin sonunda “Adlar” adlı alboma başladım və bu trek yenə də həmin albomda idi. 9 ay ərzində yazdım bitirdim. Lakin studiya yazılışlarında səslənmə məni inandırmadı, ona görə bağladım atdım kənara.

Qalan illər ərzində elə bir həftə, elə bir ay olmayıb ki, yazmayım. Amma bu “Yaradan” mahnımdakı suallarım heç vaxt köhnəlməyib”.

Qeyd edək ki, “Yaradan” adlı yeni trek PRoMetenin rəsmi yutub kanalında və bütün musiqi platformalarında yayımlanıb.