Zaur Kamal aparıcısı olduğu “Həmin Zaur” verilişində Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) ilə telefonla əlaqə yaradıb.
OLAY yazır ki, sənətçi ilə əvvəlcə Zaurla proqramda aparıcılıq edən onun oğlu Bartu danışıb.
Bartu Jony ilə bağlı istəyini dilə gətirib. O bildirib ki, ifaçı Bakıya gəldikdə onunla görüşüb, müsahibə almaq istəyir. Coni isə Bartuya “İnşallah” deyə cavab verib.
Daha sonra Zaur Coniyə onun 14 yaşı olarkən aralarındakı söhbəti xatırladıb.
Həmin anları yada salan ifaçı “O vaxt “Ay Zaur” şousuna gedəndə düşünürdüm, Zaur mənə yaxınlaşsa, mütləq deyəcəyəm ki, mən müğənni olmaq istəyirəm. Uğurlu oldu” deyib
Coni daha sonra əmisi Xanhüseyn Hüseynovun “Sən şamsan əgər” mahnısını canlı ifa edib.