WOW
WOW

Tünzalənin “star” libası replika imiş…

Tünzalənin “star” libası replika imiş…

Xalq artisti Tünzalə Ağayevanın bir neçə ay əvvəl “Səs Azərbaycan”da geyindiyi və "star əlbisəsi" adlandırdığı libasın dünyaca məşhur model Bella Hadidin paltarından ilhamlandığı ortaya çıxıb.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçinin çəhrayı və yaşıl rənglərdən ibarət, sinə hissəsi tül olan paltarı Bella ötən il Kann Kino Festivalında istifadə edib. 

Hadidin libası fransız brendi "Jean Paul Gaultier"ə məxsusdur. Ağayevanın libası isə yerli modelyerlərimizdən biri tərəfindən hazırlanıb.

Hadidin libası ağ və qara rəngdədir, daha uzundur. Həmçinin paltarın qara rəngli tülü arxa tərəfdədir. Tünzalənin libasının ön hissəsində yarıq var və yaşıl rəngli tül oradadır. Bununla yanaşı, onun donu Bellanın paltarından qısadır. Həm də Bellanın libasında boğazdakı tül daha səliqəli yerləşdirilib, Tünzalədə isə daha dağınıqdır.

Xatırladaq ki, Ağayevanın sözügedən "look"u sosial şəbəkələrdə müzakirə yaratmışdı. Əksəriyyət onu tənqid etmişdi.