Əməkdar artist, Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru Firdovsi Atakişiyev aparıcı kimi efirə qayıdır.
OLAY yazır ki, bu haqda 54 yaşlı sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Atakişiyev bildirib ki, noyabr ayından etibarən “Birinci ikincilər” adlı layihəni “Azad Azərbaycan” televiziyasının (ATV) efiri ilə təqdim edəcək:
“Çoxdan gözlənilən televiziyaya qayıdış... Mən yəqin ki, çox xoşbəxt bir insanam, tez-tez küçədə, bəzi tədbirlərdə, özümü işdə tapdığım bəzi qurumlarda, nəhayət, nə vaxt televiziyaya qayıdacağımı soruşurdular... Noyabrın 2-də, saat 19:15-də ATV-də televiziyaya dönüşüm baş tutacaq. Proqram “Birinci ikincilər” adlanır. Həyatını sənətə həsr etmiş insanlar haqqında, həyatda “ikinci” olmalarına baxmayaraq, onlarsız mümkün deyil. Maraqlı olacaq...”
Qeyd edək ki, F.Atakişiyev 2000-ci illərdə keçmiş “Lider TV”-də “Bakımız” və “Tet-a-tet” verilişlərinin aparıcısı olub.